Accessibility links

Əfqanıstanda yaraqlılar polis məntəqəsinə hücum ediblər


Əfqanıstanda yaraqlılar polis məntəqəsinə hücum ediblər
Əfqanıstanda yaraqlılar polis məntəqəsinə hücum ediblər

Qəndəhar vilayətində təhlükəsizlik qüvvələri ilə bir neçə saat sürən atışma zamanı üç yaraqlı öldürülüb

İntiharçı hücumçularla silahlı şəxslər Əfqanıstanın cənubunda polis məntəqəsinə hücum edərək əfqan təhlükəsizlik qüvvələrinin altı üzvünü qətlə yetiriblər.

Əfqan rəsmiləri bildirib ki, Qəndəhar vilayətində təhlükəsizlik qüvvələri ilə bir neçə saat sürən atışma zamanı üç yaraqlı öldürülüb.

Şahidlər Amerika vertolyotları və NATO zirehli maşınlarının hücuma cavb verdiyin bildiriblər. Hücum zamanı Əfqanıstanın kəşfiyyat xidməti, ordu və polis nümayəndələrinin öldürüldüyü bildirilir. Hadisə zamanı 12 nəfər yaralanıb. Hücumun məsuliyyətini Taliban üzərinə götürüb.

XS
SM
MD
LG