Accessibility links

Əfqanıstanda bomba partlayışı nəticəsində üç qadın və bir kişi həlak olub

  • Amerikanın səsi

Əfqanıstanda bomba partlayışı nəticəsində üç qadın və bir kişi həlak olub

Əfqanıstanda bomba partlayışı nəticəsində üç qadın və bir kişi həlak olub

Əfqanıstanın cənubunda yolkənarı bomba partlayışı nəticəsində üç qadın və bir kişi həlak olub. Yerli rəsmilər Qəndəhar vilayətində mülkü vətəndaş daşıyan traktorun bomba üzərindən keçdiyini deyib. Partlayış nəticəsində üç nəfər yaralanıb. BMT-nin Əfqanıstana səfiri ötən həftə may ayının 2007-ci ildən bəri əfqan mülki vətəndaşları üçün ən ölümcül ay olduğunu deyib. BMT ötən ay 368 mülki vətəndaşın öldürüldüyünü bildirib. Ölüm hallarının əksəriyyəti Taliban və başqa yaraqlı qruplar tərəfindən törədilib.

XS
SM
MD
LG