Accessibility links

Əfqanıstanda Taliban intiharçı hücumlarını davam etdirir (Yenilənib)


Əfqanıstanda Taliban intiharçı hücumlarını davam etdirir (Yenilənib)
Əfqanıstanda Taliban intiharçı hücumlarını davam etdirir (Yenilənib)

Əfqanıstan rəsmiləri Qəndəhar aeroportunda intiharçının həyata keçirdiyi bomba hücumu zamanı azı 7 nəfər mülki vətəndaşın öldüyünü bildirirlər. Qəndəhar polis rəisi Əbdül Razaq xəbəri təsdiq edərək partlayışın aeroportun girəcəyi yaxınlığında baş verdiyini deyib. Taliban hücumun məsuliyyətini öz üzərinə götürərək, hədəfin NATO qüvvələrinə məxsus maşınlar olduğunu deyib.

Rəsmilər dünən də ölkənin cənubundakı Helmənd vilayətində baş vermiş iki bomba hücumunun 16 nəfərin ölümünə səbəb olduğunu bildirmişdilər. Bu intiharçı hücumlarından birinin Kacaki mahalında həyata keçirildiyi, nəticədə 10 mülki vətəndaşın və iki polis işçisinin öldüyü, digər hücumun isə Had Əli mahalında baş verdiyi deyilir.

XS
SM
MD
LG