Accessibility links

Əfqanıstanlı dizayner milli əfqan geyimlərinə müasirlik gətirir


Əfqanıstanlı dizayner milli əfqan geyimlərinə müasirlik gətirir

Əfqanıstanlı dizayner milli əfqan geyimlərinə müasirlik gətirir

Londonda keçirilən moda sərgisindəki dizaynlar Əgqanıstanın keçmişindən xəbər verir. Lakin onlardan çoxuna müasir elementlər əlavə edilib ki, bu da onları Avropada populyarlaşdırır. Milli parça və milli dizaynlardan istifadə edərək, Fransa mağazalarında paltarları satılan əfqan dizayner Züleyxa Şirzad bunu belə izah edir:

“Bu paltarlarda daha çox köçəri üslubu olsa da, eyni zamanda şəhər üslubu da var. Bunlar çox sadə, çox mülayim üslubdadırlar. Astarı güllərlə bəzənilib, üzü isə hamar və təmizdir.” – deyə, o bildirir.

Şirzad "Zərif Dizayn" şirkətini 6 il öncə təsis edib. O vaxtdan bəri onun əsasən qadın olmaqla 50 işçisi var. Əl işlərini onlar Əfqanıstanda görürlər.

Mağaza meneceri Mənni Serpel Şirzadın geyimlərinin tez satıldığını, bunların nadir iş olduğunu, kütləvi istehsal deyil, fərdi olaraq qadınların əllə işlədiklərini deyir.

İpək və yun parçalar üzərində əllə işlənmiş nadir geyimlər Avropa dizaynlarından, kütləvi istehsaldan öz rəngarəngliyi ilə də fərqlənir. Bütün bunlar alıcıları heyran edir və özünə cəlb edir. Bir alıcı Əfqanıstan barədə, əsasən də müharibə ilə bağlı bəd xəbərlər eşidildiyini və pis fikir yarandığını deyir. Lakin o, deyir ki, belə şeylər Əfqanıstan haqda müsbət fikirlər yaradır. Belə fikirlər Şirzadı daha ruhlandırır. O deyir ki, böhran içərisində olan hər bir ölkədə yaradıcılıq dəyişikliyi ümidə cəhddir.

London şəhəri Züleyxa Şirzadın dizaynalrını nümayiş etdirdiyi axırıncı şəhərlərdəndir. Bundan əvvəl o, geyimlərini Paris, Dubay və Nyu Yorkda nümayiş etdirib.

XS
SM
MD
LG