Accessibility links

Əfqanıstanın şimalında intiharçı hücumu həyata keçirilib

  • Amerikanın səsi

Əfqanıstanın şimalında intiharçı hücumu həyata keçirilib

Əfqanıstanın şimalında intiharçı hücumu həyata keçirilib

Əfqanıstanın şimalında intiharçı yerli vilayət valisinin ofisinə hücum edib. Hadisə nəticəsində iki nəfər həlak olub. Valinin yaralanması barədə heç bir məlumat yoxdur.

Rəsmilər bildiriblər ki, intiharçı partlayışı Pərvan vilayətində törədib. Daxili İşlər Nazirliyinin məlumatına görə, həlak olan iki nəfərdən biri gənc qadındır. Hücum nəticəsində iki nəfər yaralanıb.

Taliban hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Son aylar Əfqanıstanda üsyançıların hökumət rəsmiləri, əfqan və beynəlxalq hərbi qüvvələrə hücumlarının sayı artıb.

XS
SM
MD
LG