Accessibility links

Əfqanıstanın Qəndəhar şəhərində bomba partlayıb


Əfqanıstanın Qəndəhar şəhərində bomba partlayıb

Əfqanıstanın Qəndəhar şəhərində bomba partlayıb

Əfqan rəsmiləri bildirir ki, Qəndəhar şəhərində partlayan bomba bir polisin ölümü və 15 nəfərin yaralanması ilə nəticələnib.

Əfqan rəsmiləri bildirir ki, Qəndəhar şəhərində partlayan bomba bir polisin ölümü və 15 nəfərin yaralanması ilə nəticələnib.

Bomba şənbə günü günorta əyalət qubernatorunun idarəsinin yaxınlığında partlayıb. Polis bilidirib ki,yaralananlar arasında ən azı 3 uşaq var.

Qəndəharda baş verən partlayışa görə heç kəs məsuliyyəti öz üzərinə götürməyib. Lakin Taliban qiyamçıları bu yaxınlarda ABŞ tərəfindən gözlənilən hücuma cavab olaraq hücumlar həyata keçirir.

Partlayış Kabildə keçirilən milli sülh konfransdan bir gün sonra baş verib. Əfqan nümayəndələri prezident Həmid Karzainin Talibanla sülh danışıqları aparmaq və 9 ilə yaxın müharibəyə son qoymaq barədə planlarını dəstəkləyir.

1600 nümayəndədən ibarət heyət Əfqan paytaxtında keçirilən üç günlük sülh konfransını qətnamə ilə sona çatdırıb. Bu qətnamə Talibanla danışıqlar aparmaq məqsədi ilə komissiyanın yaradılmasını nəzərdə tutur.

XS
SM
MD
LG