Accessibility links

Əfqanıstanın Qəzni vilayətinin qubernator müavini qətlə yetirilib


Əfqanıstanın Qəzni vilayətinin qubernator müavini qətlə yetirilib
Əfqanıstanın Qəzni vilayətinin qubernator müavini qətlə yetirilib

Polis qubernator müavininin ofisinə gedərkən bomba yerləşdirilmiş motorlu arabanın onun maşınına dəyərək partladığını deyir

Əfqan polisinin bildirdiyinə görə, bu gün intiharçı hücumu nəticəsində Qəzni vilayəti qubernatorunun müavini Məhəmməd Kazim Allahyar və azı beş nəfər qətlə yetirilmişdir. Ölənlər arasında qubernator müavininin oğlu, qohumu və cangüdəninin də olduğu deyilir. Hadisə zamanı yaxınlıqda olan iki mülki vətəndaşın da öldüyü bildirilir.

Polis qubernator müavini Allahyarın ofisinə gedərkən bomba yerləşdirilmiş motorlu arabanın onun maşınına dəyərək partladığını və azı 8 nəfərin yaralandığını bildirib. Kabildə çıxış edən prezident Həmid Karzay hiddətlə bu növ zorakılıqları qınamışdır.

XS
SM
MD
LG