Accessibility links

Əfqanıstanın şərqində intiharçı hücumu baş verib


Əfqanıstanın şərqində intiharçı hücumu baş verib
Əfqanıstanın şərqində intiharçı hücumu baş verib

Əfqanıstanın şərqində intiharçı idarə etdiyi maşını partladaraq doqquz adamı öldürmüş, 40 nəfəri yaralamışdır. Rəsmilər hücumçunun Xost şəhərindəki polis məntəqəsini hədəf aldığını deyirlər. Ölənlər arasında azı iki polis zabiti, qadınlar və uşaqlar var. Taliban hücumun məsuliyyətini öz üzərinə götürüb.

Bu arada ABŞ dövlət katibi Hillari Klinton Əfqanıstanda Talibanın iki seçimlə üzləşdiyini deyib. Onlar ya zorakılıqdan imtina edərək Əl-Qaida ilə əlaqələri kəsməli ya da beynəlxalq ictimaiyyətin düşməni kimi fəsadlarla üzləşməlidirlər. Nyu Yorkda Asiya Cəmiyyəti qarşısında söylədiyi nitqdə xanım Klinton ABŞ-ın Əfqanıstanda və Pakistanda yürütdüyü siyasətə aydınlıq gətirib.

XS
SM
MD
LG