Accessibility links

Əfqanıstanın şərqində koalisiya hava hücumları azı 20 yaraqlını məhv edib


Əfqanıstanın şərqində koalisiya hava hücumları azı 20 yaraqlını məhv edib
Əfqanıstanın şərqində koalisiya hava hücumları azı 20 yaraqlını məhv edib

NATO-nun bəyanatında deyilir ki, əməliyyat Əfqanıstanda hal hazırda başlıca təhlükə kimi qiymətləndirilən Haqqani şəbəkəsini hədəf alıb

Bu gün Əfqanıstanda təxminən 300 əfqan əsas yolu kəsərək Vardak vilayətinə NATO reydi zamanı mülki vətəndaşların qətlə yetirilməsi ilə bağlı etiraz aksiyası keçiriblər. NATO bildirib ki, dünən əfqan və beynəlxalq birgə qüvvələr Taliban komandanını axtararkən Səyid Abadda bir neçə istehkama hücum ediblər. Əfqanıstanın şərqində koalisiya hava hücumları azı 20 yaraqlını məhv edib. Sözçü deyib ki, hücuma əmr koalisiya qüvvələri və əfqan əsgərləri Paktiya vilayətində onlarla yaraqlı ilə qarşılaşdıqdan sonra verilmişdir. NATO-nun bəyanatında deyilir ki, əməliyyat Əfqanıstanda hal hazırda başlıca təhlükə kimi qiymətləndirilən Haqqani şəbəkəsini hədəf alıb. Başqa bir hadisədə NATO bildirib ki, dünən koalisiya qüvvələri cənubi Helmənd vilayətində yaraqlılarla döyüşdə səhvən atəş açaraq bir əfqan qadını qətlə yetirib. NATO öz bəyanatında dərin təəssüf hissi keçirdiyini bildirərək deyib ki, təşkilat mülki vətəndaş itkilərinin heçə endirmək üçün diqqətin artırılmasına davam etməlidir.

XS
SM
MD
LG