Accessibility links

Əfqanlar sabiq prezidentin qətlinə etiraz edir


Əfqanlar sabiq prezidentin qətlinə etiraz edir
Əfqanlar sabiq prezidentin qətlinə etiraz edir

Bu gün Kabildə yüzlərlə əfqan sabiq prezident və sülh danışıqlarında vasitəçi olmuş Burhanəddin Rabbaninin qətlinə etiraz olaraq, onun evinin qarşısında aksiya keçirib.

Polisin sözlərinə görə, 1992-ci ildən 1996-cı ilədək ölkə prezidenti olmuş cənab Rabbani dünən talibançı intiharçının üstündə gizlətdiyi bombanı partlatması nəticəsində həlak olub.

Partlayışda əlavə dörd nəfər həlak olub və prezident Həmid Karzainin əsas məsləhətçilərindən biri Masum Stanekzai yaralanıb.

XS
SM
MD
LG