Accessibility links

Əfqanıstanın təhlükəsizlik zabitləri Azərbaycanda tədris kursları keçir


Əfqanıstanın təhlükəsizlik zabitləri Azərbaycanda tədris kursları keçir
Əfqanıstanın təhlükəsizlik zabitləri Azərbaycanda tədris kursları keçir

Əfqan zabitləri Milli Təhlükəsizlik nazirliyinin Akademiyasında müasir dövrdə terror təhdidləri və onlara qarşı mübarizəni öyrənib

Bu ilin noyabrında Əfqanıstana qeyri-hərbi sahədə yardımlar göstərilməsi ilə əlaqədar tədbirlər çərçivəsində Azərbaycan MTN-in Akademiyasında Əfqanıstanın bir qrup yüksək rütbəli təhlükəsizlik zabiti üçün “Müasir dövrdə terror təhdidləri və onlara qarşı mübarizə” mövzusunda iki həftəlik tədris kursları təşkil edilib.
MTN-in ictimaiyyətlə əlaqələr mərkəzinin məlumatına görə, təlim prosesində Akademiyanın professor-müəllim heyəti və milli təhlükəsizlik orqanlarının təcrübəli əməkdaşları tərəfindən mühazirələr oxunub və praktiki məşğələlər keçirilib.
Sonda Əfqanıstanın təhlükəsizlik zabitlərinə təlim-tədris kurslarını müvəffəqiyyətlə bitirmələri barədə müvafiq sertifikatlar təqdim olunub.

XS
SM
MD
LG