Accessibility links

Əfqanıstanın ucqar Faryab vilayətində intiharçı hücumu baş verib


Əfqanıstanın ucqar Faryab vilayətində intiharçı hücumu baş verib

Əfqanıstanın ucqar Faryab vilayətində intiharçı hücumu baş verib

NATO bildirir ki, bu gün Əfqanıstanda baş verən başqa bir hücumda alyansın üç əsgəri həlak olub

Əfqanıstan rəsmiləri Faryab vilayətində izdihamlı bazarda yeniyetmə intiharçı oğlanın özünü partladaraq azı doqquz nəfəri öldürdüyünü bildirib. Rəsmilərin dediyinə görə, bugünkü hücum yerli şuranın lideri Rəhmətullanı hədəf alıb. Partlayış nəticəsində o, və onunla bərabər azı 30 nəfər yaralanıb. Polis deyir ki, yeniyetmə oğlan Türkistaniyə tərəf gələrək üzərindəki partlayıcı qurğunu işə salıb. Əfqanıstan prezidenti Həmid Karzai hücumu pisləyib. Fransa Xəbər Agentliyi əfqan prezidentinə istinadən izdihamlı bazarlarda bu cür hücumları həyata keçirənlərin daş ürəkli, ağılsız terrorçu olduqlarını bildirib. NATO bildirir ki, bu gün Əfqanıstanda baş verən başqa bir hücumda alyansın üç əsgəri həlak olub. Ölkənin cənubunda koalisiya qüvvələrinin iki əsgəri biri bomba partlayışı, o biri isə yaraqlı hücumu nəticəsində həlak olub. Üçüncü əsgər ölkənin şərqində bomba partlayışı nəticəsində həlak olub. Bu il Əfqanıstanda xarici qüvvələrin doqquz illik müharibə dövründə ən çox tələfat verdiyi ildir. Yanvar ayından bəri Əfqanıstanda NATO-nun 615-dən çox əsgəri həlak olub.

XS
SM
MD
LG