Accessibility links

Fransadan alınan məlumatda deyilir ki, bu gün ölkənin cənub-şərqindəki Lion şəhərinin qaz emalı zavodunda həyata keçirilən hücum zamanı azı bir nəfər ölüb.

Fransa prezidenti Fransua Olland qaz emalı zavoduna edilən hücum və partlayışı terror hücumu adlandırıb və şünhəlilərdən birinin həbs edildiyini deyib.

Məlumatda zavodun girəcəyindəki darvazada insan başı və üzərində ərəb sözləri yazılmış bayraq olduğu bildirilir.

Cənab Olland deyib ki, "şübhəsiz bu, terror hücumudur". Fransa prezidenti Brüssel televiziyası ilə çıxışını Avropa Birliyi sammitinə qatılmazdan əvvəl edib.

Detallar hələ təfərrüatı ilə açıqlanmasa da, prezident yerli vaxtla səhər saat 10 radələrində həyata keçirilən hücum zamanı azı 2 nəfərin yaralandığını, zavod işçilərinin evakuasiya edildiyini deyib.

XS
SM
MD
LG