Accessibility links

Fransa Sosialist Partiyasının lideri Fransua Olland ölkədə keçirilən prezident seçkilərinin ilk raundunda hazırki prezident Nikola Sarkozini geridə qoyub.

Bülletenlərin hesablanmasının demək olar ki tamamlandığı bir vaxt cənab Olland səslərin 28 faizini, mühafizəkar Sarkozi isə 27 faizini əldə edib. Seçkilərin növbəti raundu may ayının 6-da keçiriləcək.

Cənab Ollandın sözlərinə görə, dünənki seçkinin nəticələri onun güclü namizəd olduğunu göstərir. Ancaq o, tərəfdarlarına xəbərdarlıq edib ki, mayın 6-dək prezident Sarkozi sərt əks-hücumlar həyata keçirə bilər.

Cənab Sarkozinin müasir Fransa tarixində hakimiyyətdə ola-ola seçkilərin birinci raundda məğlub olan ilk prezident olmasına baxmayaraq nəticələr ona nikbin olmağa imkan verir. O,

2007-ci ildə hakimiyyətə gəlmiş prezident Nikola Sarkozi Fransanın borcunu azaltmaq məqsədilə ciddi iqtisadi ixsarlar tətbiq etdiyinə görə kəskin tənqidlərlə qarşılaşmışdır.

Fransada veteran siyasətçi olan Fransua Olland artıq bir neçə ildir Sosialist partiyasına rəhbərlik edir.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG