Accessibility links

Fransa seçkiləri - "Milli Cəbhə" partiyası uğursuzluqla üzləşdi


Fransanın sağçı “Milli Cəbhə” partiyası səsvermənin birinci turunda irəlidə getməsinə baxmayaraq regional seçkilərdə uğursuzluqla üzləşdi. Fransa boyu keçirilən seçkilərin nəticələri açıqlandıqca “Milli Cəbhə” partiyasının tərəfdarları keçirdiyi hissləri aydın ifadə edirdi.

Seçkilərin birinci raundunda 13 regiondan altısında qalib gələn partiya keçən bazar günü 13 regionda keçirilən yekun seçkilərdə məğlubiyyətə uğradı. Lakin təhlilçilər bunun hələ də mühüm nəticələr olduğunu deyir.

“Eyni zamanda onlar öz tarixləri boyu ilk dəfə bu qədər çox səs qazandı. Bu partiyanın 40 yaşı var və bu partiya ilk dəfə 7 milyon səs qazana bildi.” deyə. Londonun İqtisadiyyat Məktəbindən Marta Lorimar bildirir.

Marin Le-Pen
Marin Le-Pen

Marin Le-Pen “Milli Cəbhə” partiyasının lideri Marin Le-Pen sərt səslə danışır. “Qlobal siyasi elita Fansa və onun xalqını böyük bir qazanda dünya ilə qarışmasını istəyir. Biz vətənpərvərlər ümid edirik ki, millət fransızların daha çox müdafiə edildiyi prinsipinə əsaslanır."

Təxminən bir ay əvvəl İslam Dövləti qrupunun Parisdə 130 nəfərin ölümü ilə nəticələnən terror hücumlarından sonra Fransa hələ də rəsmi olaraq fövqəladə vəziyyət şəraitindədir. Lakin təhlilçi Marta Lorimerin dediyinə görə, “Milli Cəbhə”nin yüksəlişi təkcə islamçı terrorizmdən qorxu ilə izah edilmir.

Marta Lorimar: “Onlar tarixən Kommunist partiyasına və ifrat solçulara səs verən regionlarda qələbə əldə etdilər. Burada çox sayda qloballaşmadan faydalanmayan, o qədər vətənpərvər olmayan və hər şeyin indiki kimi Avropa və dünya deyil, əvvəllər təkcə Fransa ilə bağlı olduğu zaman daha yaxşı olduğunu düşünən insanlar var."

İkinci raund seçkilərdə “Milli Cəbhə” partiyasının məğlub olması üçün sosialistlər özlərinin bəzi namizədlərini seçki yarışından çıxardı. Qələbəyə baxmayaraq, iqtidar partiyası bayram əhval-ruhiyyəsində deyil.

“Bu gecə nə yüksəliş, nə də qələbə xəbəri var. İfrat sağ təhlükəsi hələ geridə qalmayıb", deyə Fransanın baş naziri Manuel Valls bildirib.

Marin Le-Pen tərəfdaşlarına partiyanın 2017-ci il seçkilərinə daha güclü şəkildə qatılacağını və Fransa prezidenti seçiləcəyinə ümid etdiyini deyib.

XS
SM
MD
LG