Accessibility links

"Charlie Hebdo" jurnalının ofisinə hücumla bağlı iki qardaş axtarılır [Fotoqalereya]


Fransa rəsmiləri çərşənbə günü "Charlie Hebdo" satirik jurnalın ofisinə girərək 12 nəfəri qətlə yetirən əsas iki şübhəlini axtararkən, 7 nəfərin həbs edildiyini bildirib.

Ölkənin baş naziri Manuel Vals bu gün müxbirlərlə söhbəti zamanı kəşfiyyat orqanlarının axtarılan iki nəfər barədə məlumatı olduğunu deyib. Baş nazir bildirib ki, hökumətin əsas məqsədi ikinci hücumun qarşısını almaqdır.

Paris polisinin bildirdiyinə görə, paytaxtın cənub bölgəsində qadın polis qətlə yetirilib. Polisin qətlinin "Charlie Hebdo"nun redaksiyasına hücumla əlaqəsi olub-olmadığı hələ məlum deyil.

Çərşənbə günü həyata keçirilən hücumda əli olduğunda şübhələnilən Səid və Şərif Koaçi qardaşlarının axtarıldığı bir vaxt, 18 yaşlı Həmid Murad adlı şəxs polisə təslim olub. Hər ikisi Paris sakini olan 30 yaşlarındakı qardaşlardan biri, Şərif terror ittihamı ilə həbsxanada olub. Fransa rəsmiləri onun silahlı və təhlükəli olduğunu deyir.

İstintaqın sahəsi genişləndirilib. Hazırda axtarışlar Viller Kotterest bölgəsində davam etdirilir.

XS
SM
MD
LG