Accessibility links

Fransa ömürlük həbs cəzasına məhkum olmuş iranlını ölkədən çıxarır


Fransa ömürlük həbs cəzasına məhkum olmuş iranlını ölkədən çıxarır

Fransa ömürlük həbs cəzasına məhkum olmuş iranlını ölkədən çıxarır

Fransa 1991-ci ildə İranın şah dövrü sonuncu baş nazirinin qətlinə görə ömürlük həbs cəzasına məhkum edilmiş Əli Vəkili Radın ölkədən çıxarılması haqda qərar verib

Fransa 1991-ci ildə İranın şah dövrü sonuncu baş nazirinin qətlinə görə ömürlük həbs cəzasına məhkum edilmiş Əli Vəkili Radın ölkədən çıxarılması haqda qərar verib.

Əli Vəkili Rad 1994-cü ildə Şahpur Bəxtiyarı onun evinin qarşısında bıçaqlayaraq qətlə yetirməkdə ittiham edilmiş və ömürlük həbs cəzasına məhkum edilmişdir. Keçən il ona vaxtından əvvəl azadlığa çıxmaq icazəsi verilmişdir. Fransa məhkəməsi onun azad edilməsilə bağlı sabah qərar verməlidir.

Vəkilinin ölkədən çıxarılması haqda qərar İranda vasusluq ittihamı ilə 10 ay həbsdə saxlanan fransaslı tədqiqatçı alim Klotilda Reyssin Parisə qayıtmasından sonra verilir. Bu qərar həmçinin Fransa məhkəməsinin ABŞ-ın Tehrana gizli texnoloji məlumatları ötürməkdə ittiham edilən iranlı mühəndisin təhvil veirlməsi haqda müraciətini rədd etdikdən sonra çıxarılır.

XS
SM
MD
LG