Accessibility links

Fransız satirik jurnalında Məhəmməd peyğəmbərin karikaturalarının dərc edilməsindən sonra bu gün Fransa hökuməti təhlükəsizlik səbəbindən 20 ölkədə səfirlikləri, konsulluqları və mədəniyyət mərkəzlərini bağlamaq qərarına gəlib.

Fransa Xarici İşlər Nazirliyi ölkənin dipolmatik korpuslarında təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib, ölkənin hökumət və dini xadimləri isə sakitliyə çağırıb.

Fransanın həftəlik Çarli Hebdo jurnalı bir neçəsi çılpaq olmaqla, Məhəmməd peyğımbərin karikaturaları dərc edib. Keçən il də Məhəmməd peyğəmbərin karikaturalarını dərc etdiyi üçün jurnalın Parisdəki ofisinə hücumlar olmuşdu.

Fransanın baş naziri Jan-Mark Ayro bildirib ki, ABŞ-da istehsal edilmiş İslamı təhqir edən filmə qarşı şənbə günü Parisdə keçirilməsi nəzərdə tutulan etiraz aksiyasına qadağa qoyulacaq.

Ağ Evin bügünkü açıqlamasında jurnalda dərc edilən karikaturaların məntiqinin sual altında olduğu deyilsə də, jurnalın buna haqqı olduğu bildirilir. Ağ Evin sözçüsü Cey Korni karikaturaların çox təhqiramiz olduğunu deyib, Lakin o bildirib ki, buna cavab olan zorakılıqlara bəraət qazandırmaq mümkün deyil.
XS
SM
MD
LG