Accessibility links

Luvrda islam mədəniyyəti bölməsi açılıb


Azərbaycan yeni qalereyanın açılmasına yardım göstərib

Dünyanın ən tanınmış muzeylərindən biri olan Luvrda 7-ci əsrdən 19-cu əsrə qədər dövrü əhatə edən islam mədəniyyətinə həsr edilmiş xüsusi bölmə açılıb.

Parisdə turistlərin ən çox ziyarət etdiyi yerlərindən biri olan Luvr muzeyinin yeni ekspozisiyasında dünyanın hər yerindən gətirilmiş müsəlman mədəniyyəti nümunələrini əks etdirən eksponatlar yerləşdirilib.

Fransa hökuməti islam mədəniyyəti bölməsinin yaradılmasını artıq illərdir planlaşdrırdı. Ekspozisiya Azərbaycan, Səudiyyə Ərəbistanı, Oman, Mərakeş və Küveyt kimi ölkələrin dəstəyi ilə yaradılıb.

İslam mədəniyyəti qalereyası öz qapılarını ziyarətçilərin üzünə müsəlman dünyası və qərb arasında yeni gərginlik dalğasının qalxdığı bir zaman açır.

Muzeyin müdiriyyəti islama həsr edilmiş yeni ekspozisiyanın mədəniyyətlərarası dialoq, eyni zamanda Şərq və Qərb arasında daha yaxşı anlaşmaya xidmət edəcəyinə ümid bəsləyir.
XS
SM
MD
LG