Accessibility links

Fransa rəsmiləri Parisdə həyata keçirilən terror hücumunun arxasında belçikalı, lakin hazırda Suriyada olduğu guman edilən Əbdülhəmid Əbaudun olduğunu bildirib.

Belçika rəsmilərinin fikrincə bu ilin əvvəlində polisə qarşı baş tutmayan hücumda da Əbaudun əli olub. Belçika mediasının məlumatında Mərakeş əsilli olan Əbaudun Vervyer şəhərindəki islamçı ekstremist dəstəsinə rəhbərlik etdiyi deyilir.

Fransa terror hücumunda ölənlərin xatirəsini anır.

Fransa terror hücumunda ölənlərin xatirəsini anır.

Fransanın baş naziri Manuel Valls bu gün polisin şübhəli islamçıların axtarılması məqsədilə ölkə boyu 150-dən çox reyd keçirdiyini deyib. Reydlərin bu gün səhər tezdən Tuluz, Qrenobl, Jemon, Lion və Paris yaxınlığındakı Bubin şəhərlərində keçirildiyi, Kalaşnikov avtomatı, qumbaraatan da daxil edilməklər odlu silahların müsadirə, 10 nəfərdən şox adamın həbs edildiyi bildirilib.

Valls deyib ki, Fransa hökuməti bir neçə hücumun qarşısını alıb, ancaq qarşıdan gələn həftələrdə əlavə hücumlar baş verə bilər. O, insanları qorxutmaq istəmədiyini, lakin hücumlara psixoloji hazsır olmağın vacibliyini vurğulayıb.

Ölkə boyu reydlər və həbslər Fransada terror hücumları qurbanlarının xatirəsinin anıldığı gün keçirilib.

Keçən çümə günü Parisin müxtəlif yerlərində həyata keçirilən terror aksiyaları nəticəsində azı 129 adam həyatını itirib və 350-dən şox insan yaralanıb.

Prezident Fransua Ollandın sükutlu anım mərasimini Sorbonn Universitetində qeyd edəcəyi gözlənilir.

XS
SM
MD
LG