Accessibility links

Fransanın qaraçı xarabalıqları [Video]


Fransanın qaraçı xarabalıqları
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Fransanın qədim xarabalıqları dağıtmaq planı orada yaşayan qaraçıların qəzəbinə səbəb olub. İnsan haqlarını müdafiə qrupları. Parisin yaxınlığındakı La-Kurnöv qəsəbəsindəki icmanın qaraçıları cəmiyyətə inteqrasiya etmək istiqamətində mühüm təcrübə olduğunu deyirlər.

Heç kəs yaşamaq üçün buranı seçməyib. Lakin çoxu qərbi Rumıniyadan olan 300 qaraçı üçün Samariteyn xarabalığı evdir. Yaxın zamanda onların buradan çıxarılması plıanlaşdırılır. Qaraçılar və onları dəstəkləyənlər Samariteyndəki evangelist kilsəsinə toplaşaraq, evlərinı saxlamaq üçün müzakirələr aparır.

Assosiasiyanın üzvü, memar Fiona Midousun başqa təklifi var. “Biz elə etmək istəyirik ki, 2-3 il ərzində onlar pul qazana bilsinlər və bu səfalətdən, kasıbçılıqdan qurtarsınlar, normal avropalı olsunlar.”

Assosiasiya yaşayış şəraitini yaxşılaşdırmaq, tualet və zibil üçün yerlər inşa etmək istəyir. Daimi ünvanları olan qaraçıların uşaqlarının məktəbə getmələri, valideynlərin iş tapmalarına yardım etmək isyətir. Yaxşı şəraitdə yaşamaq üçün isə onlar Samariteyn xarabalığından köçürülməlidir.

La-Kurnövün meri Gil Pos deyir ki, bu xarabalıq sökülməlidir. O, buranın natəmiz və təhlükəli olduğunu, qaraçıların taleyinin isə yerli hökumətlər deyil, dövlət tərəfindən müəyyən edilməli olduğunu deyir.

La-Kurnöv sakini Mustafa Məbub bələdiyyə başçısı ilə razı olduğunu bildirir. “Buradakı insanlar şikayət edir. Merin onları köçürməkdən başqa çıxış yolu yoxdur.”

17 yaşılı qaraçı İosif Farkas xarabalığı xilas etmək istəyir. Buna görə o, 37 minə qədər imza toplayıb. “Buradakı insanlar başqa həyat istəyirlər. Onlar da Fransanın bir hissəsi olmaq, işləmək, yaşamaq üçün ev istəyir. Onlar məktəbə getmək istəyir. Onlar bu ölkədən qovulmaq istəmir” deyə, o bildirir.

Fransa hökuməti ölkədə yaşayan 20 min qaraçıya qarşı siyasətinə görə sərt tənqidlərə məruz qalıb. Bu ölkədən hər il minlərlə qaraçı deportasiya olunur. Lakin samariteynlilər Avropanın bu böyük probleminin həlli üçün yaxşı misal ola bilər.

XS
SM
MD
LG