Accessibility links

Fransa: Rusiya Hələbin bombardmanına görə müharibə cinayətləri ittihamı ilə üzləşə bilər


Fransa bildirib ki, Rusiya Suriyada Hələb şəhərində həyata keçirdiyi bombardmanlara görə müharibə cinayətləri ittihamı ilə qarşılaşa bilər.

"Rusiya bizim düşmənimiz deyil, müttəfiqimizdir. Lakin bizim aramızda dərin fikir ayrılıqları var və biz bu haqda danışmalıyıq.

"Rusiya bizim düşmənimiz deyil, müttəfiqimizdir. Lakin bizim aramızda dərin fikir ayrılıqları var və biz bu haqda danışmalıyıq. Əgər bizim prezident Rusiya prezidentinin Fransaya gəlməsi barədə qərar qəbul etsə, bu, xoş danışıqlar olmayacaq. Biz sözün düzünü deməli, oradakı vəziyyətdən çıxış yolu tapmalı və Rusiyaya təhlükəli yola düşdüyünü anlamatmalıyıq " deyə, Fransanın xarici işlər naziri Jan Mark Ayro bildirib.

O, istintaqa başlanması üçün Fransanın Beynəlxalq Cinayət Məhkəməsinin prokurorları ilə məsləhətləşəcəyini deyib.

Jan Mark Ayro həmçinin Fransa prezidenti Fransua Ollandın gələn həftə Fransada yeni Pravoslav kilsəsinin açılışına gəlməyə hazırlaşan Rusiya prezidenti Vladimir Putinlə görüşdən imtina edə biləcəyini bildirib. O deyib ki, əgər cənab Olland Rusiya prezidenti ilə görüşsə, onunla açıq danışacaq.

Moskva isə dəfələrlə Suriyada terrorçuları hədəf alıdığını deyərək, mülki vətəndaşları hücum edildiyini inkar edib. Rusiya keçən həftə BMT-nin Təhlükəsizlik Şurasında Suriyada bombardmanlara son qoyulmasına dair Fransa və İspaniya tərəfindən təklif edilən qətnamənin qarşısını alıb.

XS
SM
MD
LG