Accessibility links

Fransa rəsmilərinin bildirdiyinə görə, güclü silahlanmış, bir və ya bir neçə kilsəyə hücum planlaşdıran islamçı ekstremist həbs edilib.

Polis kompüter texnologiyası üzrə 24 yaşlı tələbənin silahla yaralandığına görə təcili yardım şöbəsinə zəng etməsindən sonra bu gün Parisdə nəzarət altına alındığını deyib.

Ölkənin Daxili İşlər Naziriliyinin rəsmiləri həbs edilən Əlcəzair mənşəli şəxsin yaşadığı evdən çox sayda silah-sursat və bir, bəlkə də bir neçə kilsəyə hücumlarla bağlı sənədlər aşkar edildiyini bildirib. Onun radikal İslamçı olduğu müəyyən edilsə də, hansısa terrorçu qrupla əlaqəsi olduğu ilə bağlı heç bir dəlil yoxdur.

Rəsmilərin dediyinə görə, özü-özünü təsadüfən yaraladıqdan sonra o, təcili yardım çağırmalı olub.

XS
SM
MD
LG