Accessibility links

İşçilərin tətili Fransanın cənubundakı iri neft limanını iflic edib


İşçilərin tətili Fransanın cənubundakı iri neft limanını iflic edib
İşçilərin tətili Fransanın cənubundakı iri neft limanını iflic edib

Fransadakı həmkarlar ittifaqları ölkədə nəqliyyat və başqa sahələrdə geniş miqyaslı tətillərin davam edəcəyini bildiriblər.

Fransanın cənubunda Marsell şəhərinin yaxınlıqdakı ən böyük neft limanında 8 gündən bəri işçilərin tətili davam edir. Liman rəsmiləri bildirirlər ki, işçilər Fos-Laven neft terminalını 8 gündən bəri blokadaya alıblar. Onlar limanda islahatların aparılmasına etiraz və işlərinə təminat tələb edirlər. Los- Lavera neft limanı Birləşmiş Ştatların Huston və Hollandiyanın Rotterdam limanından sonra dünyada ən böyük neft limandır. Fransanın hər tərəfində pensiya islahatlarına qarşı tətillər keçirilir. Limanda işləyən fəhlələrin həmkarlar İttifaqı gələn həftə hökumətin planına qarşı daha geniş tətilləri təşkil edəcəyini bildirir. Hökumətin planına əsasən işçilər təqaüdə 60 yaşda yox 62 yaşda çıxa biləcəklər. Hökumət bildirir ki, bu dəyişiklik zəruridir. Çünki təqaüd sistemi qəbuledilməz kəsrə səbəb olur.

XS
SM
MD
LG