Accessibility links

Fransa şirkəti korrupsiyaya əl atdığını etiraf edib


Alstom 772 milyon dollardan artıq cərimə ödəyəcək

Bazar ertəsi ABŞ Ədliyyə Nazirliyi on ildən artıqdır bir neçə ölkənin dövlət rəsmilərinə rüşvət verən Fransa şirkətinin daxil olduğu kütləvi beynəlxalq rüşvət sxemini çökərtib.

ABŞ rəsmiləri enerji və nəqliyyat şirkəti Alstomun 2000-2011-ci illərdə rüşvət əməliyyatlarına görə xaricdə korrupsiya ilə bağlı qanunu pozduğu üçün təqsirini etiraf edib.

ABŞ baş prokurorunun müavini Ceyms Kol Alstom və onun İsveçrə və ABŞ-dakı filiallarının da daxil olduğu transmilli rüşvət əməliyyatını bitirməyə çalışan müdafiə razılaşmasını “tarixi mühafizə əməliyyatı” adlandırırb.

“Onlar İndoneziya, Misir, Səudiyyə Ərəbistanı və Baham adalarında müqavilələr bağlamaq üçün rüşvətə ələ atıblar. Ümumilikdə Alstom 4 milyard dollar dəyərində müqaviləni imzalamaq və özü üçün 300 milyon dollar qazanc əldə etmək üçün on milyonlarla dollar rüşvət verib.

Kol bildirib ki, Alstom rüşvət qanunlarını pozduğuna görə 772 milyon dollardan artıq cərimə ödəməyə razılıq verib. Bu cərimə federal məhkəmə tərəfindən təsdiqlənsə ABŞ tarixində ən böyük xarici rüşvət cəriməsi olacaq.

Alstom-un korrupsiya qalmaqalı bütün dünyaya yayılıb və hər kəs bu biznesdən qazanıb. Məsələn, İndoneziyada Alstom və onun bəzi filialları İndoneziya parlamentinin yüksək vəzifəli üzvləri və dövlətə məxsus elektrik şirkətləri də daxil olmaqla, hökümət rəsmilərinə rüşvət vermək üçün müşavirlərindən istifadə edib. Onlar bunu enerji ilə əlaqədar xidmət sənayesində bir sıra sərfəli multi-milyon dollar dəyərində müqavilələri qazanmaq üçün edib.

Baş prokurorunun müavini Kol deyib ki, Alstomun üzləşdiyi yüksək cərimə və ABŞ-ın istintaqla bağlı bir sıra ölkədən aldığı dəstək rüşvət qanunlarını pozan beynəlxalq şirkətlərə xəbədarlıq olmalıdır.

“Korrupsiyanın qlobal bazarda yeri yoxdur. Bugünkü qətnamə də ABŞ-ın rüşvətin aradan qaldırlımasında aparıcı rol oynayacağını göstərir,” deyə Kol bildirib.

ABŞ rəsmiləri Alstomun hüquq-mühafizə orqanları ilə daha öncədən əməkdaşlıq etmədiyini və istintaqın ilkin mərhələsində bu rüşvət əməliyyatında iştirakını ört-basdır eməyə çalışaraq səhvə yol verdiyini bildirir.

XS
SM
MD
LG