Accessibility links

26 yaşlı Həyat Buməddinin axtarışı davam etdrilir


Fransada terror hücumlarının arxasında duranlarla olan qadının axtarışı davam etdirilir. 26 yaşlı Həyat Buməddin yəhudi marketində insanları girov götürən Amedi Kulibalinin sevgilisi idi.

Parus hadisələri zamanı 17 adam həlak olub.

"Charlie Hebdo" satirik jurnalın Paris redaksiyasında 12 nəfəri qətlə yetirənlərin öldürülüb. Onların girov saxladığı şəxs xilas edilib.

5 nəfərin girov saxlandığı Koşer supermarketinə hücum edilib.Girovdar və 4 nəfər atışma zamanı həlak olub.

Supermarketdə insanları girov götürən şəxsin 32 yaşlı Amerdi Kulabali və onun qadın polis zabitini öldürən şəxs olduğundan şübhələnilirdi. Kulabalinin Kuaçi qardaşları ilə əlaqəsi olduğu deyilir.

Şərif və Səid Kuaçi qardaşları polislə müzakirələr zamanı şəhid kimi ölməyə hazır olduqlarını deyib.

Jurnalın redaksiyasına hücumla bağlı 9 nəfər sorğu-suala çəkilir.

Bu gün Fransa prezidenti Frasua Olland fövqəladə yığıncaq təşkil edərək, gələcəkdə bu kimi hücumların qarşısının alınması yollarını müzakirə edib.

ABŞ-ın baş prokuroru Erik Holder Parisə səfər edərək, Fransa rəsmiləri ilə əks-terror səylərinin gücləndirilməsinə dair danışıqlar keçirməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG