Accessibility links

Fransa israfçılığın qarşısını alacaq yeni qanun çıxarıb [Video]


Keçən ay qüvvəyə minən qanuna əsasən Fransada supermarketlərə ərzaq mallarını israf etməyə qadağa qoyulub. İri mağazalardan ərzağı xeyriyyə təşkilatlarına vermək tələb olunur. Fransada hər il 7 miliyon ton ərzaq israf olur.

Yaxşı endirim axtarırsızsa, Salvation Army dükanını ziyarət etməyə dəyər. Dükanın müştəriləri ərzaq üçün cüzi məbləğ ödəyirlər.

Onlar çox dar büdcədən asılıdırlar. İki uşaq sahibi tənha ana Zina Tiqrin bir neçə ay əvvəl işini itirib.

Zina Tiqrine: "Bu, əladır. Ehtiyacın olanda, sənə kömək edir."

Dükana mallar yerli marketlər tərəfindən ianə edilib.

Alin Çassaqnot: “Biz tərəvəz, gigiyena və təmizləmə malları alırıq, xüsusən də satılmayan mallar.”

Bu ianələr könüllü şəkildə edilir. İndi isə Fransa nəhəng supermarketlər barədə yeni qanun çıxardıb. Satılmayan, lakin istifadəsi keçməmiş ərzaqları ianə etmək. Buna əməl etməyənlər 4 min dollar cərimələnəcək.

Araş Derambarş supermarketlərdə israfçılığın qarşısını almaq, bu qanunun tətbiq olunması üçün Fransa parlamentində kampaniya başlatmışdı. O digər ölkələrin də bunu edəcəyinə ümid bəsləyir.

Araş Derambarş: “Biz bu böhranı dünyanın hər yerində yaşayırıq. Bu yolla kasıb insanlara kömək etməyə çalışırıq. Hər axşam supermarketlər təqribən 50 kilo satılmamış ərzaqı zibilə atır.”

Lakin bəzi supermarketlər üçün bu qanun yenilik deyil. Parisin qərbində yerləşən Karrefur mağazası bir ildə 320 min təama bərabər ərzağı ianə edir.

Soid Toumi: “Biz heç nəyi atmırıq. Hətta vaxtı keçmiş ərzaqları bio-yanacağa çevirib yük maşınlarımızda istifadə edirik.”

Fransanın xeyriyyə təşkilatları yeni qanunu alqışlayır. Bəziləri isə daxil olacaq ərzaqların öhdəsindən gələ bilməyəcəklərindən narahatdır.

Alin Çassaqnot: “Bizim texniki və infrastruktur imkanlarımız daha çox insanlara ərzaqları paylamaq üçün kifayət etmir.”

Lakin hamı razılaşır ki, əhalisinin doqquz miliyonu yoxsulluq içərisində yaşayan bir ölkədə israfçılığa yer yoxdur.

XS
SM
MD
LG