Accessibility links

Fransada İsrailin Qəzzaya qarşı əməliyyatlarına etiraz aksiyası keçirilib


Fransada icazə verilməməsinə baxmayaraq, çoxsaylı insan İsrailin Qəzzaya qarşı əməliyyatlarına etiraz olaraq nümayişlər keçirib. Paris və digər şəhərlərdə iğtişaş polisi əllərində Fələstin bayraqları tutan və “Biz fələstinliyik” şüarı səsləndirən nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Fransada ötən həftə zorakılıqlarla nəticələnən aksiyadan sonra nümayişlərə icazə verilmir. Həmin aksiya zamanı etirazçılar bir neçə sinaqoqa hücum etmişdi.

Fransa Avropanın ən böyük müsəlman və yəhudi icmalarına malik olan ölkədir. Qruplar arasında gərginliklərin artacağından ehtiyat edilir.

Son günlər Britaniya, Yunanıstan, Belçika və Almaniyada da İsrail əleyhinə etiraz aksiyaları keçirilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG