Accessibility links

Fransa BMT-nin Təhlükəsizlik Şurasını Hələbdəki vəziyyətlə bağlı yığıncaq keçirməyə çağırıb.

Fransanın nazirlər kabinetinin toplantısından sonra xarici işlər naziri Jan Mark Eyro bildirib ki, təcili şəkildə mühasirədə olan bu şəhərdə hərbi əməliyyatlar dayandırılmalı və sakinlərə təcili yardım çatdırılmalıdır.

"Təkcə Hələb və Homs deyil, Qota və İdlibdə bir milyona yaxın insan mühasirədədir. Bu, Suriyadakı vəziyyətin reallığıdır. Fransa ABŞ-dakı qeyri-müəyyənlikdən istifadə edən rejim və onun müttəfiqlərinin müharibə strategiyasının əleyhinədir. Biz BMT-nin Təhlükəsizlik Şurasında Suriya rejiminin kimyəvi silahlardan istifadə etməsini qınayan qətnamə qəbul edilməsi uğrunda mübarizəmizi davam etdirəcəyik. Reallıq budur"- deyə nazir bildirib.

Təkcə Hələb və Homs deyil, Qota və İdlibdə bir milyona yaxın insan mühasirədədir

​BMT-nin bildirdiyinə görə, Suriyanın hökumət qüvvələrinin hücumları nəticəsində Hələbin şərq bölgəsindən 16 min sakin didərgin düşüb.

Suriyanın mülki müdafiə qüvvələri Əl-Maysar məhəlləsində dağıdılan binaların qalıqları altından cəsədlər çıxarır.

Dövlət mediası və fəallar hökumət qüvvələrinin bir neçə bölgədə zəfər əldə etdiyini bildirir.

Hələb Rusiyanın hava hücumlarının dəstəyi ilə Suriya ordusunun əsəs hədəfidir. Şəhərdə qalan 250 min insanın ərzaq və tibbi yardıma ehtiyacı var.

ABŞ Dövlət Departamenti son hücumları kəskin qınayaraq, buna görə Moskvanın məsuliyyət daşıdığını bildirib.

Show comments

XS
SM
MD
LG