Accessibility links

Fransa hicaba qadağa üzərində debata başlayır

  • Asgar Asgarov

Fransa hicaba qadağa üzərində debata başlayır

Fransa hicaba qadağa üzərində debata başlayır

Təklif olunan qanun sifəti gizlədən paltar geyməyi qeyri-qanuni edir

Fransa parlamenti bütün ölkə boyu qadınların İslam çadrası geyməsinə qoyulması planlaşdırılan qadağa üzərində debata başlayıb. Təklif olunan qanun sifəti gizlədən paltar geyməyi qeyri-qanuni edir. Bu isə qadınların İslam niqabı geyməsinə maneədir. Niqab gözləri istisna etməklə bütün bədəni örtür. Burqa isə gözlərin üzərindən yarımşəffaf parça asıldığı geyimdir. Fransa prezidenti Nikola Sarkozı bəyan edib ki, üzü örtən çadralar qadınları alçaldır və fransız dəyərlərinə ziddir. Rəy sorğuları əksəriyyətin çadra qadağasını dəstəklədiyini göstərir. Fransa Avropada ən çox müsəlmanın yaşadığı ölkədir. Lakin burqa geyən qadınların sayı 2,000-dən azdır.

XS
SM
MD
LG