Accessibility links

Fransa hökuməti ölkə boyu müsəlman qadınlara burqa örtməyə qadağa qoyan qanunun qəbulunu istəyir


Fransa hökuməti ölkə boyu müsəlman qadınlara burqa örtməyə qadağa qoyan qanunun qəbulunu istəyir

Fransa hökuməti ölkə boyu müsəlman qadınlara burqa örtməyə qadağa qoyan qanunun qəbulunu istəyir

Prezident Sarkozı deyib ki, müsəlman qadınların örtükdən istifadə etməsinə icazə verilməməlidir

Fransa hökuməti ölkə boyu bütün ictimai yerlərdə müsəlman qadınlara burqa örtməyə qadağa qoyan yeni qanunun qəbulunu istəyir. Prezident Nikola Sarkozının sözçüsünün bildridiyinə görə, qanun layihəsi nazirlərin müzakirəsinə gələn ay təqdim ediləcək. Qanun layihəsinə əsasən ölkə boyu müsəlman qadınlara burqa və ya örtüklə xəstəxanalar, məktəblər və ictimai nəqliyyat da daxil edilməklə, bütün ictimai yerlərə çıxmağa qadağa qoyulur. Fransa prezidenti Sarkozı deyib ki, müsəlman qadınların örtükdən istifadə etməsinə icazə verilməməlidir. O, eləcə də burqanın Fransa dəyərlərinə zidd olduğunu deyib.

Belə bir qadağanın mümkünlüyü barədə debatlar Avropada ən çox müsəlmanın məskunlaşdığı ölkədə artıq aylardır ki, davam edirdi. Rəy sorğuları əksər fransızların qadağanı dəstəklədiyini göstərir.

XS
SM
MD
LG