Accessibility links

Fransa Şimali Afrikadakı Əl-Qaidə ilə müharibə şəraitində olduğunu deyir


Mişel Jermano

Mişel Jermano

Fransada intiqam praktikasından istifadə edilmədiyi deyilsə də, yaraqlıların qanun qarşısında cavab verəcəkləri bildirilib

Fransanın baş naziri Fransua Fion bu gün deyib ki, onun ölkəsi fransız yardım işçisini qətlə yetirən Şimali Afrikadakı Əl-Qaidə ilə müharibə şəraitindədir. O, Fransada intiqam praktikasından istifadə edilmədiyini desə də, yaraqlıların qanun qarşısında cavab verəcəklərini deyib. Əl Qaidənin İslamçı Məqrib qrupu 78 yaşlı Mişel Jermanonun qətli barədə məlumatı Əl-Cəzirə televiziyası vasitəsi ilə bazar günü yayımlayıb. Qrupun lideri Jermanonun Malidə keçirilən reyd zamanı öldürülən Əl-Qaidə üzvlərinin əvəzinə qətlə yetirdiklərini deyib. Fransa və Mavritaniya hərbi qüvvələri aprel ayında girov götürülən Jermanonun tapmaq məqsədi ilə reyd keçirmişdilər.

XS
SM
MD
LG