Accessibility links

150-dən çox dünya lideri Parisdə BMT-nin summitində iqlim dəyişikliyi ilə bağlı problemləri müzakirə etmək üçün bir araya gəlib.

Sammitdə ABŞ prezidenti Barak Obama da iştirak edir. Açılış mərasimindən əvvəl Obama Çin prezidenti Xi Cinpinqlə görüşüb. Barak Obama bildirib ki, Çin və ABŞ sammitə eyni məqsədlə gəlib. Hər iki ölkə karbon emissiyasının məhdudlaşdırılması istiqamətində ölçülər götürülməsi tərəfdarıdır.

Sammitin hədəfi ortalama qlobal istiliyi 2 selsi dərəcə azaltmaqdır.

Bu ilin sonunadək BMT-nin hava agentliyi bildirib ki, ortalama qlobal temperatur 1 dərəcə selsi artıb.

BMT-nin baş katibi Ban Ki-Mun sammitin açılış mərasimində 150 lideri bu fürsətdən istifadə edərək addımlar atmağa çağırıb.

XS
SM
MD
LG