Accessibility links

Fransa şirkəti Hindistanda nüvə elektrik stansiyası inşa edəcək


Fransa şirkəti Hindistanda nüvə elektrik stansiyası inşa edəcək

Fransa şirkəti Hindistanda nüvə elektrik stansiyası inşa edəcək

Səfərin məqsədi iki ölkə arasında ticari əlaqələri genişləndirməkdir

Hindistan və Fransa Hindistanda iki nüvə elektrik stansiyasını inşa etmək üçün milyardlarla dollar dəyərində razılıq imzalayıblar. 9.5 milyard dollar dəyərində razılıq bazar ertəsi Dehlidə Hindistanın baş naziri Manmohan Sinqlə Fransa prezidenti Sarkozi arasında keçirilən görüş zamanı imzalanıb. Fransanın əsas nüvə enerji şirkətlərindən biri Areva Hindistanda nüvə reaktoru inşa edəcək. Prezident Sarkozi Hindistana dörd günlük səfərinin üçüncü günü görüşləri davam etdirir. Səfərin məqsədi iki ölkə arasında ticari əlaqələri genişləndirməkdir.

XS
SM
MD
LG