Accessibility links

Fransanın qırıcı təyyarələri İraqda İslam Dövlətinə qarşı hava hücumu həyata keçirib


Fransanın qırıcı təyyarələri İraqda İslam Dövləti yaraqlılarına qarşı ilk dəfə hava hücumu həyata keçirib. Prezident Frasua Olland ofisinin bildirdiyinə görə, hücumlar zamanı yaraqlıların anbarı hədəf alınıb və tamamilə dağıdılıb.

Fransa hücumların hansı bölgədə həyata keçirildiyi barədə məlumat verməsə də, gələn günlər ərzində əlavə hücumlar ediləcəyini bəyan edib.

Lakin İraqın ordu rəsmiləri hücumların Zumar şəhərindəki mövqeləri hədəf aldığını bilririb.

Dünən prezident Olland İraqda hədəflərin müəyyən ediləcəyindən sonra hava zərbələri barədə bəyanat verib. O deyib ki, hərbi əməliyyat məhdud olacaq və burada quru qüvvələr iştirak etməyəcək.

ABŞ prezidenti Barak Obama Fransaın bəyanatını alqışlayaraq, o ölkəni terrorizmlə mübarizədə güclü tərəfdaş adlandırıb.

Dünən ABŞ Senatında İŞİD-lə mübarizə məqsədi ilə Suriyanın müxalif qüvvələrinə təlimlər verilməsi barədə plan təsdiq edilib. Plan respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası tərəfindən dünən təsdiq edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG