Accessibility links

Fransa İsrail və Fələstin sülh danışıqlarının bərpasına çalışır [Video]


Fransa İsrail və Fələstin sülh danışıqlarının bərpasına çalışır
please wait

No media source currently available

0:00 0:02:25 0:00

Yaxın Şərqlə bağlı danışıqların növbəti raundu İsrailin sülh danışıqlarının vasitəçilər yolu ilə olmasını rədd etməsiylə başlayıb. Fransa may ayının 30-da son dəfə 2014-cü ildə ABŞ-ın təşəbbüsü ilə keçirilən sülh danışıqlarına ev sahibliyi etməyə hazırlaşır. Fransanın xarici işlər naziri Jan-Mark Ayrault ölkəsinin beynəlxalq sülh müzakirələrinə hazırlaşarkən bazar günü İsrail və Fələstin liderləri ilə görüşüb.

Fələstinlilər bazar günü “Fəlakət günü” adlandırdıqları günü qeyd edib. 1948-ci ildə 100 minlərlə fələstinli İsrailin qurulmasıyla evlərindən köçürülməyə məcbur edilib. Fələstinlərin yaşadıqları ərazilərdə nümayişlər keçirilib. Bir gün əvvəl isə İsrail müstəqilliyinin 68-ci ildönümünü qeyd edib.

Betlehemdə nümayişdə iştirak edənlər üzərində Fələstinin kəndlərinin adı yazılmış kiçik qatarlarda şəhər boyu hərəkət edib və kəndlərin qaytarılmasını tələb ediblər.

Munter Amira: “Bu günə qədər kəndlərin qaytarılması xəyal idi. İndi isə bunun reallığa çevrilməsinin vaxtı çatıb.”

İsrail təhlükəsizlik qüvvələri İordaniya çayının qərb sahillərinə yaxınlaşan nümayişçilərə qarşı göz yaşardıcı qazdan istifadə ediblər. Nümayişçilər isə onlara daşlar ataraq cavab veriblər.

İordaniya çayının qərb sahilində yerləşən Ramallahda Fələstinin prezidenti Mahmud Abbasla görüşən Fransa xarici işlər naziri belə atmosfer qarşılaşıb.

Riyad Əl-Maliki: “Biz ümid edirik ki, Fransa nəyəsə nail olacaq. Çünki hazırda sadəcə Fransanın səyləri mövcuddur.”

İsrail UNESCO-nun keçən ay qəbul etdiyi qətnaməyə narazılıq bidlirib. Qətnamədə Əl-Əqsa məscidində müsəlmanların ibadətinə icazə vermədiyinə görə İsrail tənqid edilir. Bura yəhudilər üçün İudaizmin ən müqəddəs ibadətgahı hesab edilir.

Benyamin Netanyahu: “Mən bu səhər Fransanın xarici işlər naziri ilə görüşdüm və dedim ki, qalmaqala səbəb olan Fransanın da dəstəklədiyi və yəhudilərin bu ibadətgaha bağlılığının vurğulanmadığı UNESCO-nun sözügedən qərarı ədalətdən kənardır.”

Baş nazir Benyamin Netanyahu Fransa xarici işlər nazirinə deyib ki, İsrail Fələstinlilərlə birbaşa danışıqlarda maraqlıdır.

Nazir deyib ki, sülh danışıqlarının bərpası çox əhəmiyyətlidir və bu, İŞİD-in regionda yayılmasının qarşısını alacaq.

Jean-Mark Ayrault: “Fransanın burada şəxsi marağı yoxdur, lakin çox narahatdır. Əgər biz İŞİD ideyasının regionda yayılmasını istəmiriksə, bunu etməliyik.”

İsrail və Fələstin təmsilçiləri Parisdə keçiriləcək sülh danışıqlarına dəvət edilməyiblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG