Accessibility links

Con Kerri Fransada olduğu müddətdə Körfəz ölkələrinin liderləri ilə görüşəcək


ABŞ Dövlət Katibi Con Kerri Avropada İkinci Dünya Müharibəsinin başa çatmasının 70-ci illiyi münasibətilə keçirələcək mərasimdə iştirak etməzdən əvvəl Fransa Xarici İşlər naziri Lauren Fabiusla görüşüb.

Xarici işlər nazirləri Parisdə Naməlum əsgərin abidəsini ziyarət ediblər.

Kerri Fransaya səfəri zamanı Körfəz Əməkdaşlıq Şurasının xarici işlər nazirləri ilə regiondakı problemləri müzakirə etməyi planlaşdırır. O gələn həftə Ağ Evdə Körfəz liderlərinin zirvə toplantısına hazırlıq məqsədilə görüşlər keçirəcək.

Danışıqlar zamanı İranın Yaxın Şərqdə getdikcə artan nüfuzu məsələsi müzakirə olunacaq.

Parisə səfərdən öncə Ər-Riyadda olan Con Kerri Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Abdel Əl-Cubeyrlə birgə mətbuat konfransında bildirib ki, Yəmənə humanitar yardımın göndərilməsi məqsədilə beş günlük atəşkəsin əldə olunması səyləri davam etdirilir. Onlar vəziyyətdən aslı olaraq atəşkəs müddətinin uzadıla biləcəyini deyiblər.

Səudiyyə Ərəbistanının xarici işlər naziri bildirib ki, İrandan dəstək aldıqları güman edilən Huti üsyançılarla hələlik danışıqlar aparılmayıb və onların atəşkəsə dəstək verib-verməyəcəyi də məlum deyil. O, Yəməndə vəziyyətə bütünlüklə təsitr göstərə biləcək təkliflə bağlı detalların qarşıdan gələn günlər ərzində açılacağını bildirib.

XS
SM
MD
LG