Accessibility links

Çərşənbə günü Fransada hücumçu katolik keşişi öldürəndən bir gün sonra prezident Fransua Olland dini liderlərlə görüşərək qorxuları yatırmağa çalışıb.

Olland son zamanlar Fransada tez-tez baş verən terror hücumları fonunda dinləararası həmrəylik yaratmaq cəhdi olaraq müxtəlif din xadimləri ilə birgə Parisdəki ofisində görüşüb.

Fransanın katolik icmasının bir çox üzvü daha öncəki terror ittihamları səbəbilə məhkəmə qarşısına çıxarılacağını gözləyən 19 yaşlı cihadçı ilə kimliyi müəyyən olmayan cinayət ortağının kilsəyə daxil olub, messanı aparan 86 yaşlı keşişin boğazını kəsməsindən sonra hələ də şok içərisindədir.

Adil Kermiç 2015-ci ilin mart ayından bəri terrorla əlaqəli ittihamlarla iki dəfə həbs edilib və hücumu törətdiyi an da əlində elektron biləklik olub.

Hər iki hücumçu polislə qarşıdurma zamanı atışma sırasında öldürülüb.

Son 19 ay ərzində Fransa üç böyük terror hücumunun hədəfinə çevrilib. 2015-ci ilin yanvar ayında satirik Charlie Hebdo jurnalının ofisinə hücum və 10 ay sonra Parisin bir neçə yerində koordinasiya edilmiş hücumlar nəticəsində toplam 147 nəfər öldürülüb.

Bundan əlavə iki həftə öncə Fransanın cənubunda yerləşən Nitsa şəhərində hücumçunun yük maşınını Bastiliya gününü qeyd edən izdihamın üzərinə sürməsi nəticəsində 84 nəfər ölüb.

XS
SM
MD
LG