Accessibility links

Fransada kilsəyə hücuma görə İŞİD məsuliyyəti öz üzərinə götürüb


İslam Dövləti (İŞİD) qrupu bildirir ki, Fransada keşişin ölümü ilə nəticələnən kilsə hücumunu qrupun iki “əsgəri” həyata keçirib.

Daha öncə Fransa prezidenti Fransua Olland çərşənbə axşamı Normandiyada baş verən bu hücuma görə İŞİD-i günahlandırmışdı.

Bütöv Fransa və bütün katoliklər yaralıdır. Biz həmrəy olacağıq.

Fransa rəsmiləri deyir ki, iki hücumçu polislə qısa sürən qarşıdurmada öldürülüb. Onlar kilsədə, keşiş daxil olmaqla bir neçə nəfəri bıçaqla girov saxlamışdı.

Təhlükəsizlik xidmətinin əməkdaşının verdiyi məlumata görə, prezident Fransua Olland və daxili işlər naziri Bernard Kazenöv Sent Etien an Puvrey şəhərindəki hadisə yerinə yollanıblar.

Prezident Fransua Olland

Prezident Fransua Olland

Prezident Olland əslən kilsənin yerləşdiyi şəhərə yaxın bir yerdəndir.

Fransanın baş naziri Manuel Valls qurbanların ailələrinə başsağlığı verib və hadisəni “klisəyə qarşı barbar hücum” adlandırıb.

“Bütöv Fransa və bütün katoliklər yaralıdır. Biz həmrəy olacağıq,” deyə o Twitter hesabında yazıb.

Kilsə Parisdən 77 kilometr şimalda yerləşir. Bundan öncə isə noyabr ayında İslam Dövlətinin üzvləri Parisdə hücum keçirərək 140 nəfərin ölümünə səbəb olmuşdu.

XS
SM
MD
LG