Accessibility links

Fransa Liviya müxalifətini hökumət qismində tanıdı


Fransa Liviya müxalifətini hökumət qismində tanıdı
Fransa Liviya müxalifətini hökumət qismində tanıdı

Fransa rəsmən Liviyanın müxalifətdə olan Müvəqqəti İdarəçilik Şurasını həmin ölkənin rəsmi hökuməti kimi tanıyıb. Fransa bu addımı atan ilk dövlətdir. Fransa prezidenti Nikola Sarkozı cümə axşamı Parisdəki prezident sarayında Liviya müxalifətinin liderləri ilə görüşüb. Fransa Benqazidə qərargahlanan hökumətlə səfir mübadiləsi həyata keçirməyi planlaşdırdığını bildirib. Qiyamçılar Liviya lideri Müəmmər Qəzzafiyə qarşı üsyan qaldırdıqdan sonra bu şəhəri ələ keçiriblər. Fransanın bəyanatı NATO üzvlərinin Liviyada qeyri-uçuş zonası tətbiq etmək barədə müzakirələrə başladıqları vaxta təsadüf edir. Qeyri-uçuş zonasının məqsədi Qəzzafiyə sadiq qüvvələrin müxalifətə havadan hücum etməsinin qarşısını almaqdır.

XS
SM
MD
LG