Accessibility links

Benqaziyə həkimlər, tibb bacıları və tibbi avadanlıq daşıyan iki təyyarə göndərilib

Fransa Liviyanın Benqazi şəhərinə tibbi yardım daşıdığını bildirib. Benqazi şəhəri Liviya lideri Müəmmar Qəzzafini devirmək üçün müxalifət qüvvələri ilə bərabər kütləvi şəkildə əməliyyatların başladığı yerdir.

Fransa baş naziri Fransua Fillon Benqaziyə həkimlər, tibb bacıları və tibbi avadanlıq daşıyan iki təyyarənin göndərildiyini bildirib.

Ordu birləşmələrinin dəstəyi ilə müxalifət nümayişçiləri Liviyanın bütün şərqi və qərb bölgəsinin bəzi hissələrini öz nəzarəti altına alıb.

Zəviyyə şəhərinin sakinləri bu gün Qəzzafi tərəfdarı 2000 əsgərin mümkün əks-hücumlarından müdafiə olunmaq üçün tədbirlər görür. Şəhər paytaxt Tripolidən 50 kilometr qərbdə yerləşir.

XS
SM
MD
LG