Accessibility links

NATO-nun baş katibi Əl-Qaidənin Livyada istinadgahlarını genişləndirməsindən narahatlığını bildirib

NATO-nun baş katibi Anders Foqh Rasmussen deyib ki, islamçı militanların Livyada istinadgahlarını genişləndirməsi ilə bağlı yaranan narahatlığı nəzərə alaraq, ölkəyə mütəxəssis misyası göndərməyi planlaşdırır.

Rasmussen qrupun qısa zamanda Livyaya ezam olunacağını və onun üzvlərinin iyun ayının sonunda geri dönəcəyini bildirib. O, NATO hərbi qüvvələrinin Livyaya göndərilməsi kimi planların olmadığını vurğulayıb.

Qərar Fransanın Əl-Qaidə döyüşçülərinin qonşu Malini tərk etdikdən sonra Livyanın cənubunda yerləşmək cəhdinə dair xəbərdarlığından sonra verilib.

Livyanın baş naziri Əli Zeydan NATO alyansı, ABŞ və digər ölkələrdən Liviya silahlı qüvvələrinə təlim göstərilməsi barədə müraciət edib.
XS
SM
MD
LG