Accessibility links

Fransa və Malinin hərbi qüvvələri Diabalı şəhərini ələ keçirib


Fransa və Malinin hərbi qüvvələri islamçı yaraqlıların nəzarəti altında olan Diabalı şəhərini ələ keçirib. Şahidlərin “Amerikanın səsi”nə bildirdiyinə görə, şəhər bir həftə yaraqlıların nəzarəti altında olub.

Xəbərlərdə hava zərbələrindən sonra fransız və malili əsgərləri daşıyan zirehli maşınların şəhərə müqavimətsiz daxil olduğu deyilir.

Şəhər sakinləri islamçıların ya qaçmağa nail olduqlarını, ya da şəhər əhalisinə qarışaraq izlərini itirdiklərini düşünür. Fransa qüvvələri hazırda piyadalara qarşı minaları zərərsizləşdirməyə çalışır.

Fransa qüvvələri Maliyə 10 gün əvvəl islamçıların paytaxt Bamako da daxil edilməklə, Malinin şimal bölgələrini ələ keçirdikdən sonra daxil olub.

Fransanın müdafiə naziri Jan İf Le Drian bildirib ki, qüvvələr Dountza şəhərinin də nəzarətini ələ keçirib.

Nazir Fransanın Malinin islamçılardan azad edilməsindən başqa heç bir variantı qəbul etmədiyini deyib.
XS
SM
MD
LG