Accessibility links

Fransanın daxili işlər naziri istefa verib


Fransanın daxili işlər naziri Bruno Le Ro parlamentə işə götürdüyü qızlarının vəzifələrini icra etməməsi ittihamlarına görə vəzifəsindən istefa verib.

Nazirin qızlarının iş müqaviləsi onların orta məktəbdə təhsil aldıqları dövrdən başlayıb və universitet illərində davam edib.

Fransız qanunvericilərin öz ailə üzvlərini köməkçi kimi işə götürməsi ölkə qanunlarına zidd olmasa da, onlar digərləri kimi həqiqi iş görməlidirlər.

Le Ro qızlarının yay tətilləri zamanı parlamentdə çalışdıqlarını vurğulayaraq, qeyri-qanuni heç bir adım atmadığını söyləyib.

Fransanın prezident sarayından verilən məlumata görə, Le Ronu ticarət və turizm naziri Matias Fekl əvəz edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG