Accessibility links

Fransa Türkiyənin iqtisadi durumundan mənfəətlənməkmi istəyir? [Təhlil]


Fransa prezidenti Fransua Olland ikigünlük səfərlə Türkiyədədir. Onun səfəri Fransa ilə Türkiyə arasında sabiq prezident Nikola Sarkozi dövründən davam edən gərginliklər dövründə həyata keçirilir. Sarkozinin açıq şəkildə Türkiyənin Avropa İttifaqına üzvlük məsələsinə etirazını bildirməsi ölkələr arasında münasibətlərə mənfi təsir göstərmişdi.

Lakin indi Türkiyə prezidenti Abdulla Gül fransız həmkarından gözləntilərinə ümid bəslədiyini deyib."Biz Ollandın pozitiv mövqeyini alqışlayırıq. Lakin müzakirələr Türkiyənin Avropa İttifaqına tam üzvlüyünü təmin etməyəcək. Müzakirələr prosesi adaptasiya prosesi olacaq. Ümid edirik siyasi çıxılmazlıq yaranmayacaq. "

Olland hakimiyyətə gəldikdən sonra Avropa İttfaqının xartiyasında yer alan veto hüququnu ləğv edib. Birgə mətbuat konfransında Fransanın dövlət başçısı gələcəkdə də bu kimi inkişafları istisna etməyib."Yeni səhifə açılması Türkiyəyə dəstək olacaq. Müzakirələrimizin əsas məqamları qanunun aliliyi, qüvvələrin ayrılması, fundamental hüquqlar və Türkiyənin daxili siyasi debatlarıdır."

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan hazırda ətrafındakı insanlar və nazirlərin də adları hallandığı korrupsiya qalmaqalı altındadır.

O, məsələyə polis işçiləri və prokurorları işdən kənarlaşdırmaq, ədliyyə sisteminə nəzarəti gücləndirməklə münasibət bildidib.
Rəy sorğularına görə, fransızların əksəriyyəti Türkiyənin Avropa İttifaqına üzvlüyünün əleyhinədir.

Siyasi təhlilçi Cengiz Aktar Fransa prezidentinin diqqətini əsasən biznes sahəsinə yönəldəcəyini deyir. "O, iqtisadi diplomatiyaya üstanlük verir. Bu, geri qayıdışdır. Prezidentlər xarici ölkələrə səfər etdikdə insan haqları, demokratiya kimi məsələlər üzərində dayanır. İndi isə bu, yalnız biznesdir."

Fransa-Türkiyə gərginliklıləri fransnız qanunvericilərin 2011-ci ildə Osmanlı türklərinin ermənilərə qarşı soyqırımının tanınmamasının cinayət hesab ediləcəyinə dair qanun layihəsini təsdiq etməsi ilə daha da dərinləşmişdi.

Fransanın Konstitusiya məhkəməsinin bu qanunu ləğv etməsinə baxmayaraq biznes əlaqələri artıq ziyana məruz qalmışdı.

İndi Fransa Türkiyənin iqtisadi durumundan mənfəətlənmək istəyir. Bu baxımdan Ollandı kabinet nazirləri ilə bərabər biznesmenlərdən ibarət nümayində heyəti müşayiət edib. Türkiyə ilə biznes müqavilələri Fransanın tənəzzülə uğrayan iqtisaiyyatına təkan verə bilər.
XS
SM
MD
LG