Accessibility links

Fransa parlamenti ermənilərin iddia etdiyi soyqırımına dair qətnaməni qəbul etdi (Yenilənib)

  • Amerikanın səsi

Fransa parlamenti ermənilərin iddia etdiyi soyqırımına dair qətnaməni qəbul etdi (Yenilənib)

Fransa parlamenti ermənilərin iddia etdiyi soyqırımına dair qətnaməni qəbul etdi (Yenilənib)

Fransa parlamenti Türkiyədə Osmanlı İmperatorluğu dövrü ermənilərin soyqırımının inkar edilməsinin cinayət hesab edilməsinə dair qanun layihəsini qəbul edib.

Buna cavab olaraq, Türkiyə Fransadakı səfirini geri çağıracağını və Fransanın Türkiyədəki səfirinin ölkədən çıxarılacağını bildirib.

Türkiyə rəsmiləri eləcə də, Fransanın Türkiyədə fəaliyyət göstərən şirkətlərinin işlərini dayandırmalarına göstəriş verilə biləcəyini də bildirib.

Türkiyə Birinci Dünya müharibəsi zamanı 500 minə qədər erməninin qətlə yetirdiyi barədə ittihamı rədd edir.Ermənistan isə qətlə yetirilənlərin sayının 1.5 milyon olduğunu deyir.

Türkiyə rəsmiləri qanun layihəsinin Fransa prezidenti Nikola Sarkozinin 2012-ci ildə ölkədə yaşayan 400 min erməninin səslərinin qazanmaq cəhdi kimi qiymətləndirir.

Türkiyənin baş naziri Rəcəp Teyyib Ərdoğan Franbsa hərbi təyyarələrinin NATO-ya üzv olan Türkiyə üzərindən uçuşlarının məhdudlaşdırılacağını bildirib.

XS
SM
MD
LG