Accessibility links

Fransa polisi son bir neçə həftədir Paris məktəbinə yerləşən miqrantları çıxararkən etiraz edənlərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Polis Parisin şimal-şərqində təmir üçün bağlanan Jan Jure məktəbinə yerləşən təxminən 150 miqrantı çıxarılmaq üçün polis gəlib.

Bəzi etirazçılar isə əl-ələ verib "Qaçqınlarla həmrəylik" şüarı bağırıb.

Polis dəstəsi məktəbə daxil olduqda maskalı və başları örtülü bəzi etirazçılar onlara müxtəlif əşyalar atıb. Hadisə yerində olan jurnalistlər etirazçılardan bəzilərinin "hər kəs polisə nifrət edir" deyə bağırdıqlarını bildirib.

Polisin bildirdiyinə görə, miqrantlar qaçqınlar üçün sığınacaqlara köçürülüb və onlara sığınacaq almaq üçün müraciət edə biləcəkləri bildirilib.

XS
SM
MD
LG