Accessibility links

Parisdə terror hücumu cəhdi ilə əlaqədar üç qadına ittiham irəli sürülüb


Fransa rəsmilərinin bildirdiyinə görə, üç qadına qarşı terrorda əli olmaqla əlaqədar ittihamı irəli sürülüb. Qadınların Parisdə Nortdam kilsəsi (Məryəm Ana kilsəsi) yaxınlığında bomba yerləşdirilmiş avtomobilin partladılması cəhdində əli olduğu deyilib.

19-la 39 yaşlarında qadınlar keçən həftə avtomobildə qaz balonları aşkar edildikdən sonra həbs edilib.

Fransanın daxili işlər naziri Bernard Kazenov bu qadınları "radikal fanatiklər" adlandırıb.

Rəsmilər qadınların Fransada terror hücumlarını İslam Dövləti qrupunun çağırışlarından ilham alaraq həyata keçirmək istədiklərini bildirib.

XS
SM
MD
LG