Accessibility links

Fransada terror hücumları ilə bağlı təhqiqat aparılır, hadisə qurbanlarının xatirəsi anılır


Fransa polisi Parisdə cümə günü axşam terror hücumlarının iştirakçılarından birinə yaxın olan altı nəfəri saxlayıb. Polisin bildirdiyinə görə, Ömər İsmayıl Mustafayinin atası, qardaşı və daha bir qohumunun saxlanılanlar arasında olduğunu bildirib.

Mustafayi eyni zamanda törədiln hücumlar zamanı ölən yeddi hücumçudan biridir. Fransa prokuroru Fransua Molins deyib ki, Mustafayi polisə bir cinayətkar kimi məlumdur, lakin o heç vaxt terrorçularla əlaqə ilə bağlı mühakimə olmayıb.

Fransa rəsmiləri bildirib ki, hücumçulardan birinin cəsədinin yanında Suriya pasportunun tapılması şübhəli şəxsin Avropaya Suriyada müharibədən qaçan miqrantlar arasında daxil ola bildiyi ilə bağlı şübhələri artırır.

İnsanlar Parisdə terror aksiyalarının baş verdiyi yerlərdən birində hadisə qurbanlarının xatirəsi anılır
İnsanlar Parisdə terror aksiyalarının baş verdiyi yerlərdən birində hadisə qurbanlarının xatirəsi anılır

"Biz təsdiq edirik ki, Suriya pasportunun sahibi oktyabrın 3-də Avropa İttifaqının qaydalarına uyğun olaraq qeydiyyat keçdiyi Yunanıstanın Leros adası vasitəsilə gəlib"-deyə Yunanıstanın vətəndaşların mühafizə naziri Nİkos Tokas bildirib.

Parisdə terror aksiyaları nəticəsində azı 128 adam həyatını itirib və yüzlərlə adam yaralanıb, 99 nəfərin vəziyyəti ağırdır.

Fransa prezidenti Fransua Olland Suriya və İraqda İslam Dövləti adı ilə tanınan qrupun məsuiyyəti öz üzərinə götürdüyü hücumların İŞİD tərəfindən müharibə aktı olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG