Accessibility links

Fransa prezidentinin Azərbaycana səfəri başlayıb


Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Fransua Olland

Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Fransua Olland

Azərbaycan və Fransa prezidentləri Bakı Fransız Litseyində çıxış edib

Mayın 11-də Fransa prezidenti Fransua Olandın Azərbaycana rəsmi səfəri başlayıb.

Səfər çərçivəsində ilk olaraq F.Oland və Azərbaycan prezidenti İlham Əliyev Bakı Fransız Liseyində yaradılmış şəraitlə tanış olub.

Dövlət başçılarına Liseydə çıxış edib.

APA agentliyinin məlumatına görə Fransua Oland bildirib ki, lisey iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynayacaq.

Prezident Oland liseydə 350 şagirdin təhsil alacağını bildirib. O bu səfərin Azərbaycan prezidenti İlham Əliyevin 2012-ci ildəki səfərinə cavab olduğunu söyləyib: “Azərbaycan Luvr muzeyində departamentin açılışına yardım edib. Luvr muzeyində dünya mədəniyyəti yer alıb”.

Fransa prezidenti Bakının tezliklə dünyanın ən böyük və gözəl şəhərlərindən biri olacağını qeyd edib: “Biz enerji ilə bərabər, şəhərsalma və nəqliyyat sahəsində də Azərbaycanla əməkdaşlıq etmək istəyirik”.

F.Oland Fransada Azərbaycan tələbələrini qəbul etməyə hazır olduqlarını qeyd edib: “Biz Parisdə yeni mərkəz tikəcəyik, orada Azərbaycandan tələbələr qəbul etməyə hazırıq. Bu liseydə Eyfel qülləsi və Qız qalasının təsəvvürü var. Sizin nə demək istədiyinizi anladıq. Birinci, bu, Sizin tarixinizi göstərir. İkinci, həm də Siz müstəqilliyinizi qoruyub saxlamaq istəyirsiniz. Azərbaycanda iqtisadi inkişaf çox yüksəkdir. Avropada da belə bir inkişafın olmasını, əhali üçün belə şərait yaradılmasını istərdik. Bu gün səfərimizin əsas məqsədi budur. Bu ilk səfərdə mən Azərbaycanda çox şey kəşf etdim. Azərbaycana yenə də gələcəyəm”.

Fransa prezidenti sentyabr ayından bu liseydə çoxlu sayda şagirdlərin təhsil alacağına əmin olduğun bildirib.

Prezident Əliyev isə Fransa prezidentinin Azərbaycana ilk səfərinin iki ölkə arasında əlaqələrin inkişafına təkan verəcəyinə əmin olduğunu bildirib.

Prezident deyib ki, ölkələr arasında çox sıx əlaqələr var və bu rəsmi səfər də bunu təsdiqləyir: “Daim fikir mübadiləsi aparır, beynəlxalq təşkilatlarda əməkdaşlıq edirik. Siyasi əlaqələrimizin yüksək olması digər sahələrə də təsir göstərir. Sabah iqtisadi əlaqələr təkan vermək üçün biznes forum keçiriləcək. Fransadan da çoxlu sayda iş adamı gəlib, ticari əlaqələrin daha da genişlənəcəyinə inanıram”.

Dövlət başçısı iki ölkə arasında humanitar sahədə əlaqələrin inkişaf etdiyini də bildirib.

Prezidentin sözlərinə görə, yüzlərlə Azərbaycan gənci Fransada təhsil alır: “Səfərinizin bu liseydən başlaması Sizin də təhsilə böyük önəm verdiyinizi göstərir. İnanıram ki, bu liseydə təhsil alan gənclər iki ölkə arasında əlaqələri inkişaf etdirəcəklər. Burada fransız uşaqlar öz dilində təhsil alacaq, Vətənlərinə bağlı ocaq, azərbaycanlı uşaqlar isə fransız dilini öyrənəcəklər”.

Prezident İlham Əliyev qeyd edib ki, dünya mədəniyyətini Fransasız təsəvvür etmək mümkün deyil: “Bu təhsil müəssisəsində bir-birinə hörmətlə yanaşan gənclər yetişəcəklər. Bu lisey Fransa-Azərbaycan dostluğunun mərkəzi olacaq. Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb. Bu gün Bakıda açılan lisey isə Fransa səfirliyindən sonra Fransanın ikinci parçası olacaq”.

Dövlət başçısı nəzərə çatdırıb ki, Ağ Şəhərdə Paris məhəlləsi yaradılır: “Əminəm ki, Fransa prezidentinin Azərbaycana səfəri uğurlu olacaq”.
XS
SM
MD
LG